Misir müxalifəti seçicilərin üçdə ikisinin yeni konstitusiyaya qarşı səs verdiyi bildirib

Misir müxalifəti seçicilərin üçdə ikisinin yeni konstitusiyaya qarşı səs verdiyi bildirib
# 16 dekabr 2012 01:07 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Misir müxalifəti olan Milli Qurtuluş Cəbhəsinin liderləri seçki məntəqələri bağlanandan sonra bu bəyanatla çıxış ediblər.

Keçirdikləri mətbuat konfransı zamanı onlar bildiriblər ki, seçicilərin 66% yeni konstitusiya layihəsini rəd edib. “Əl-Vafd” liberal partiyasının sədri Əs-Seyid əl-Badaui deyib ki, “ölkədə təhlükəsizlik təmin olunmayan, polisin kənara çəkildiyi şəraitdə yalnız dövlətin heçə çıxmasından söz gedə bilər”.

Öz növbəsində referendumun bitməsinə saat yarım qalmış, səslərin hesablanmasına başlanılmamış “müsəlman-qardaşları” onların qələbəsini təsdiq edən seçki protokolları nümayiş etdiriblər. İslamçılar iddia edirlər ki, seçicilərin 87 %-i yeni konstitusiyanın lehinə səs verib.

Ölkənin 10 regionunda keçirilən referendumun 1-ci mərhələsində seçicilərin yüksək aktivliyi müşahidə olunub. Müxalifət referendumu boykota deyil, əksinə öz tərəfdarlarını fəal iştirak edərək islamçıların konstitusiya layihəsinə “yox” deməyə çağırıb. Səsvermənin nəticələri hesablanılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR