İranla Azərbaycan arasında azad ticarət zonası yaradılır

İranla Azərbaycan arasında azad ticarət zonası yaradılır
# 09 dekabr 2012 18:39 (UTC +04:00)

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, görüşdə iki ölkə arasında azad ticarət zonasının yaradılması ilə bağlı razılıq əldə olunub. Belə ki, İranla Azərbaycan arasında “Araz” azad ticarət zonasının yaradılması üçün hazırlıqlara başlanılması, müvafiq sənədin hazırlanması və gələcəkdə iki ölkənin rəsmiləri tərəfindən imzalanması qərara alınıb.

Görüşdə həmçinin İranla Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR