Azərbaycanda orta məktəblərin bufetlərində çips və qazlaşdırılmış içkilərin satışı qadağan olunacaq

Azərbaycanda orta məktəblərin bufetlərində çips və qazlaşdırılmış içkilərin satışı qadağan olunacaq
# 12 dekabr 2012 07:55 (UTC +04:00)

«APA-Economics»in xəbər verdiyi kimi, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bəyan edib.

R.Həsənovun sözlərinə görə, çörək istehsalı standartında çörəyin paketləşmə məsələsi də öz əksini tapacaq. İkinci standarta gəlincə isə gözlənilir ki, bəzi məhsullar, məsələn, çips, qazlaşdırmış içkilər kimi məhsullar bufetlərdən kənarlaşdırılacaq.

R.Həsənov həmçinin bildirib ki, hazırda Komitə tərəfindən əhalinin şikayətləri əsasında yanacaqdoldurma stansiyalarında satılan yanacağın keyfiyyəti və standartlara uyğunluğu üzrə yoxlamalar aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR