Turizm İnstitutunda “Sertifikatlaşdırılmış qonaqpərvərlik təlimçisi” təlimi keçirilib

Turizm İnstitutunda “Sertifikatlaşdırılmış qonaqpərvərlik təlimçisi” təlimi keçirilib
# 12 noyabr 2012 12:37 (UTC +04:00)

Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycan Turizm İnstitutunda (ATİ) institutla Azərbaycan Turizm Assosiasiyası arasında bağlanmış müqavilə əsasında institutun müəllimləri üçün “Sertifikatlaşdırılmış qonaqpərvərlik təlimçisi” təlimi keçirilib. ATİ-dən APA-ya verilən məlumata görə, 4 gün davam edən təlim The American Hotel & Lodging Education Institute-nun (AHLEİ) təlimçilərindən George Ubbelohde tərəfindən aparılıb. Bildirilib ki, 1953-cü ildə yaranan The American Hotel & Lodging Education Institute (AHLEİ) qonaqpərvərlik sənayesində təhsil, təlim və sertifikatlaşmaya istiqamətində fəaliyyət göstərir. Başlıca məqsədi qonaqpərvərlik sənayesində təhsil-təlim və peşəkar sertifikatlaşma üzrə ilk mənbə rolunu qoruyub saxlamaqla yanaşı, müvafiq sənayenin ehtiyaclarını proqnozlaşdırmaqdır. Təlimlərdə ATİ müəllimlərindən 10 nəfər dərs keçmə metodlarının öyrənilməsi, sillabusların hazırlanması, dərslərin keçirilməsində məqsəd, motivləşmə metodları və qiymətləndirmə, texniki avadanlıqlardan istifadənin vacibliyi istiqamətləri üzrə təlimdə xüsusi fəallıq göstəriblər. Təlimin sonunda ATİ müəllimləri imtahan veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR