Bolqarıstan parlamentinin sədri Azərbaycanda səfərdədir

Bolqarıstan parlamentinin sədri Azərbaycanda səfərdədir
# 27 noyabr 2012 09:13 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Bolqarıstan parlamentinin sədri Tseska Tsaçevanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. APA-nın xəbərinə görə, səfərdə məqsəd Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Baş Assambleyasının 40-cı iclasına qatılmaqdır. İclasın sonunda Bolqarıstan tərəfi qurumda sədrliyi növbəti 6 ay üçün Azərbaycandan təhvil alacaq.

Səfər zamanı Bolqarıstan nümayəndə heyəti Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, Milli Məclisin Azərbaycan-Bolqarıstan dostluq qrupunun üzvləri və baş nazir Artur Rəsizadə ilə görüşlər keçirəcək.

Səfər noyabrın 28-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR