Azərbaycanın “Eurovision-2013” təmsilçisinin seçilməsi üçün milli seçim turu bu gün başlayır

Azərbaycanın “Eurovision-2013” təmsilçisinin seçilməsi üçün milli seçim turu bu gün başlayır
# 17 dekabr 2012 14:43 (UTC +04:00)

APA-nın məlumatına görə, bu gündən etibarən İctimai Televiziyanın canlı efirində “Eurovision-2013”də Azərbaycan adından çıxış etmək arzusunda olan 80-ə yaxın namizəd özünü seçimlərdə sınayacaq. Milli seçimlər 8 həftə davam edəcək. Hər il olduğu kimi bu il də proseduralar eyni qaydada həyata keçiriləcək. Hərfə içi hər gün axşam müəyyən olunmuş həftələrdə çıxış edəcək namizədlər öz perfomanslarını nümayiş etdirəcəklər. Cümə günü isə beş günün qalibi müəyyənləşəcək.

“Eurovision 2013″-ün milli seçim turunun bu gündən başlayan ilk həftəsinin 9 iştirakçısının adı məlumdur. Bunlar “New skin” qrupu, Cahangir Qasımzadə, Mədinə Muradxanova, Vüqar Muradov, Anna Zemçenko, Nigar Əlizadə, Elqiz Məmmədov, Rinat Alimov və Tomris Naiblidir. Qeyd edək ki, iştirakçılar 8 qrupa bölünərək 8 həftə ərzində yarışacaqlar. Bazar ertəsi “Eurovision” hitlərinə, çərşənbə axşamı Azərbaycan estradasına, çərşənbə dünya hitlərinə, cümə axşamı səhnə şousuna ayrılıb. Cümə günü sərbəst gündür. İştirakçı ilk dörd gün ifa etdiyi mahnılardan birini cümə günü yenə oxuya bilər. Təmsilçimiz həm münsiflər heyəti, həm də tamaşaçı səsverməsi ilə müəyyənləşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR