Misir seçicilərinin 64%-i yeni konstitusiyanı dəstəkləyib

Misir seçicilərinin 64%-i  yeni konstitusiyanı dəstəkləyib
# 25 dekabr 2012 21:02 (UTC +04:00)

Bakı – APA. Misirdə yeni konstitusiya ilə bağlı keçirilən referendumda seçicilərin 64%-i sənədin lehinə səs verib.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Misirin Mərkəzi Seçki Komitəsinin başçısı Əbu əl-Maat bildirib ki, islamçıların hazırladığı konstitusiya layihəsinin qəbul olunmasının lehinə 10 milyon 954 min seçici səs verib, əleyhinə isə 6 milyon 60 min səs verilib. Ümumilikdə, 52 milyon seçicidən 17 milyonu (32,9% ) referendumda iştirak edib. 303 min bülleten etibarsız sayılıb. Onun sözlərinə görə, referendum hakimlərin tam nəzarətə altında keçirilib. Bir necə seçki dairəsində seçki qanunun pozulmasına görə, nəticələr ləğv edilib.

Yeni konstitusiya qəbul olunmaqla 2013-cü ilin əvvəlində Misirdə yeni parlament seçkiləri keçiriləcək.

Misir müxalifəti bildirib ki, referendumun nəticələrini məhkəmə yolu ilə ləğv etməyə çalışacaq. Onların sözlərinə görə, referendum kütləvi saxtakarlıqla müşayiət olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR