Azərbaycan prezidenti BƏƏ-nin iqtisadiyyat nazirinin müavinini qəbul edib

Azərbaycan prezidenti BƏƏ-nin iqtisadiyyat nazirinin müavinini qəbul edib
# 14 noyabr 2012 13:27 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat nazirinin müavini Mohammed Əhməd Bin Abdul Aziz Al Şihhinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, görüşdə Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub, Dubay Ticarət və Sənaye Palatasının xaricdə ilk nümayəndəliyinin Azərbaycanda təsis edilməsinin əhəmiyyəti vurğulanıb, palatanın ölkələrimiz arasında iqtisadi əməkdaşlığın, o cümlədən qarşılıqlı ticarət əlaqələrinin daha da genişləndirilməsi baxımından önəmi qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR