Azərbaycan xarici ölkələrdə fəaliyyət göstərən QHT-lərin də layihələrini maliyyələşdirəcək

Azərbaycan xarici ölkələrdə fəaliyyət göstərən QHT-lərin də layihələrini maliyyələşdirəcək
# 19 dekabr 2012 10:21 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib.

A.Quliyevin sözlərinə görə, artıq bununla bağlı Şuranın müvafiq sənədlərinə dəyişikliklər olunub. Eyni zamanda hazırlanmış 2013-2018-ci illərdə QHT-lərin inkişafı üzrə Dövlət Proqramında bu məsələ əksini tapır.

«Bu artıq yenilikdir. Xarici ölkələrdə fəaliyyət göstərən QHT-lərin maliyyələşdirilməsi Azərbaycanın mövqeyinin beynəlxalq aləmdə müdafiəsi üçün əhəmiyyətli addım olacaq», - deyə A. Quliyev vurğulayıb. Onun sözlərinə görə, Proqram təsdiqlənəndən sonra bu işlərə start veriləcək.

APA-ya açıqlamasında isə A.Quliyev ilk mərhələdə əsasən Azərbaycanın xarici siyasətində prioritet sayılan coğrafiyalarda fəaliyyət göstərən QHT-lərdən layihələrin qəbuluna başlanacağını söyləyib: “Bura MDB məkanı, Şərqi Avropa regionu və s. daxil olacaq. Xarici layihələr üçün müəyyənləşdirilmiş qrantın həcmi yerli layihələrə ayrılan məbləğdən çox olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR