Bu il Azərbaycan ərazisində 7239 yanğın hadisəsi baş verib - FOTO

Bu il Azərbaycan ərazisində 7239 yanğın hadisəsi baş verib   - <span style="color: red;">FOTO
# 15 dekabr 2012 10:52 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. “Bu ilin 11 ayı ərzində ölkə ərazisində 7239, o cümlədən Bakı şəhərində 2781 yanğın hadisəsi baş verib. Onlardan cəmi 29 yanğın yüksək saylı çağırışla söndürülüb, digər yanğın hadisələrinin qarşısı çevik şəraitdə alınaraq, yayılması və daha ağır fəsadlar verməsinə imkan verilməyib”.

APA-nın xəbərinə görə, bunu fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov qurumun yaradılmasının 7-ci ildönümü münasibətilə keçirilən tədbirdə deyib.

Nazirin sözlərinə görə, hər gün orta hesabla 21 yanğın hadisəsinə çıxış qeydə alınıb, hər 8 gün ərzində yanğınlardan 1 nəfər xilas edilib.

K. Heydərov deyib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından xilas edilənlərin sayı 9 nəfər az olub, yanğınlar zamanı mühafizə olunmuş ərazilərin ümumi sahəsi 136 min kv.m təşkil edib, 119 texnika, 234 obyekt, 606 baş mal-qara yanğından mühafizə olunub.

Hesabat dövrü ərzində yanğın hadisələrində 27 nəfər xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR