Sabirabadda yük avtomaşını kanala aşıb - FOTOSESSİYA

Sabirabadda yük avtomaşını kanala aşıb - <span style="color: red;">FOTOSESSİYA
# 12 dekabr 2012 20:31 (UTC +04:00)

Sabirabad. Əlibəy Zeynallı-APA. Sabirabadda yük avtomaşını Sabir adına kanala aşıb.

Bu barədə APA-nın Mil-Muğan bürosu hadisə yerindən məlumat verib. Hadisə bu gün saat 20.30 radələrində Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində baş verib. Həmin ərazidə yol tikinti işlərini aparan “Kolin” şirkətində podratçı təşkilat olan “Mentrans” şirkətinə məxsus 15 tonluq “HOWO” markalı yük avtomaşını Sabir adına kanala aşıb. Şahidlərin bildirdiyinə görə hadisəyə səbəb yük avtomobilinin körpüyə yaxınlaşarkən qəfildən qarşısına “Mersedes” markalı minik avtomobilinin çıxması olub. Sürücü özünü son anda xilas edə bilib.

Hal-hazırda avtomobilin kanaldan çıxarılması üçün əlavə tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR