«Unibank» müştərilərdən istehlak kreditləri ilə bağlı müraciətləri bankomatlar vasitəsilə də qəbul edir

«Unibank» müştərilərdən istehlak kreditləri ilə bağlı müraciətləri bankomatlar vasitəsilə də qəbul edir
# 11 dekabr 2012 13:23 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Unibank» ASC ölkədə ilk dəfə olaraq müştərilərə banka gəlmədən istehlak krediti üçün müraciət etmək imkanı yaradır. Bankdan «APA-Economics»ə verilən məlumata görə, belə ki, kreditlə bağlı müraciəti bankomatdan da etmək mümkündür.

Bu addım kredit əldə etmək istəyən müştərilərin vaxtına qənaət edən və rahatlığını təmin edən yeni bir alətdir. Bunun üçün istənilən bankın plastik kartını «Unibank»ın bankomatına daxil edib və dil seçimindən sonra, xidmətdən istifadə etmək olar. Bankomatın ekranında «Unibank»a istehlak krediti ilə bağlı müraciət etmək üçün, ikinci pəncərədə «kredit» düyməsini seçib, öz mobil nömrəni ATM-ə daxil edərək, təsdiqləmək lazımdır. Müraciət qəbul olunduqdan sonra, bank əməkdaşları qısa müddətdə zəng edərək, kredit təklifi cavablandıracaq. «Unibank» kartının olması vacib deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR