Azərbaycanda bir gündə baş vermiş yol qəzalarında 2 nəfər ölüb, 12 nəfər yaralanıb

Azərbaycanda bir gündə baş vermiş yol qəzalarında 2 nəfər ölüb, 12 nəfər yaralanıb
# 17 noyabr 2012 10:48 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda bir gündə baş vermiş yol qəzalarında 2 nəfər ölüb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, noyabrın 16-da respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 12 nəfər isə yaralanıb.

Ölümlə nəticələnən yol qəzalarının hər ikisi Bakıda qeydə alınıb. Belə ki, Sabunçu rayonu ərazisində Lənkəran rayon sakini Vüsal Əliyev "Mercedes" markalı avtomaşını idarə edərkən rayon sakini Fəxrəddin Ələkbərovu vurub. Piyada hadisə yerində ölüb.

Ölümlə nəticələnən digər yol qəzası isə Yasamal rayonunda qeydə alınıb. Bakı şəhər sakini Sabir Ramazanov idarə etdiyi "VAZ-2107" markalı avtomaşınla 75-80 yaşlı qadını vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş qadın orada ölüb.

Hər bir faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR