Ermənistan və Almaniya maliyyə sahəsində əməkdaşlıq haqqında saziş imzalayacaq

Ermənistan və Almaniya maliyyə sahəsində əməkdaşlıq haqqında saziş imzalayacaq
# 14 noyabr 2012 10:58 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA-Economics. Ermənistan və Almaniya maliyyə sahəsində əməkdaşlıq haqqında saziş imzalayacaq.

APA-Economics”in “Armenia Today”ə istinadən xəbərinə görə, sazişə əsasən Almaniya Ermənistana 75 mln. avro kredit və 4,5 mln. avro qrant verəcək.

Bundan başqa, Qafqazda mühafizə olunan ərazilərə dəstək proqramının maliyyələşdirilməsi də planlaşdırılır.

Qeyd edək ki, saziş imzalanması barədə razılıq maliyyə və texniki əməkdaşlıq üzrə Ermənistan-Almaniya Hökumətlərarası Komissiyasının İrəvanda keçirilən iclasında əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR