Zərdabda Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib

Zərdabda Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib
# 08 dekabr 2012 13:54 (UTC +04:00)

Zərdab. Zahid Abışov – APA. Zərdab rayonundakı Heydər Əliyevin anım günü ilə bağlı “Ulu öndərin xatirəsi işığında” adlı tədbir keçirilib. APA-nın yerli bürosunun xəbərinə görə, Heydər Əliyev Mərkəzində keçirilən tədbiri giriş sözü ilə mərkəzin direktoru Nailə Əliyeva açıb. Sonra rayon Veteranlar Şurasının sədri Hüseyn Həsənov, Həsən Bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova, Zərdab rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverdi Səfərov Heydər Əliyevin həyatı, fəaliyyəti barədə çıxış ediblər.

Natiqlər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən danışıblar. Heydər Əliyevin 1978-ci il mayın 29-da Zərdabda olduğu qeyd olunub, Kür çayının daşması səbəbindən rayonda yaranan təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində atdığı addımlar xatırlanıb və yüksək qiymətləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR