Macarıstanın müdafiə naziri istefa verib

Macarıstanın müdafiə naziri istefa verib
# 07 sentyabr 2015 19:03 (UTC +04:00)

Bakı-APA. Macarıstanın müdafiə naziri Çaba Qende istefa verib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bu, hökumətin miqrantlarla əlaqədar iclasından sonra baş verib.

Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban miqrant axınının qarşısını almaq üçün Avropa ölkələrinin öz sərhədlərində ordu yerləşdirilməsini təklif etmişdi.

Viktor Orban müdafiə naziri postuna İştvan Simiçkonun namizədliyini irəli sürüb.

Qeyd edək ki, İ. Simiçko baş nazir Orbanın sədri olduğu “Macarıstan Vətəndaş İttifaqı” partiyasının üzvüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR