Azərbaycanda payızlıq əkin sahələrinin 83%-də səpin və şumlama işləri tamamlanıb - FOTO

Azərbaycanda payızlıq əkin sahələrinin 83%-də səpin və şumlama işləri tamamlanıb   - <span style="color: red;">FOTO
# 27 noyabr 2012 09:42 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda payızlıq əkin işləri çərçivəsində indiyədək 800 min hektardan artıq ərazidə səpin və şumlama işləri aparılıb. Buda ümumi payızlıq əkin sahələrinin 83,3%-ni təşkil edir. «APA-Economics»in məlumatına görə, bunu kənd təsərrüfatı naziri İsmət Abasov jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, bu ilin oktyabr-noyabr aylarında ölkə ərazisində müşahidə olunan hava şəraiti ilə əlaqədar payız səpini bir az gecikib. Onun sözlərinə görə, bu günə qədər təqribən 800 min hektardan artıq ərazidə səpin aparılıb. Bunun təxminən 570 min hektarını buğda, 230 min hektara yaxın hissəsini isə arpa təşkil edir. Buğda əkin sahələri ötən ilə nisbətən 5,3-5,4% artıb. «Lakin hələlik səpin işləri davam etdirilir, həmçinin şum işləri aparılır», - deyə nazir vurğulayıb.

Ümumilikdə, Azərbaycanda 960 min hektarda səpin işlərinin aparılması nəzərdə tutulur ki, bunun 700 min hektarında buğda (73%), 250 min hektarda isə arpa və digər yem bitkiləri (27%) əkiləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR