Müxalifətin tərəfinə keçmiş Suriya hərbi polisinin keçmiş şefi ordunu “qatillər dəstəsi” adlandırıb

Müxalifətin tərəfinə keçmiş Suriya hərbi polisinin keçmiş şefi ordunu “qatillər dəstəsi” adlandırıb
# 26 dekabr 2012 22:54 (UTC +04:00)

Bakı-APA. Müxalifətin tərəfinə keçmiş Suriya hərbi polisinin keçmiş şefi ordunu “qatillər dəstəsi” adlandırıb. APA-nın məlumatına görə, bu barədə “Əl-Cazira” müxalifət fəalları tərəfindən yayılmış videoçarxa istinadən xəbər verir.


“Mən, Suriya hərbi polis komandanı, general Abdel Əziz Cassem hökumət ordusunu tərk edərək xalq inqilabına qoşulmağımı bəyan edirəm”, deyə videoçarxdakı şəxs bildirib. Onun sözlərinə görə, ordu artıq ölkəni qorumaq kimi vəzifəsindən kənara çıxıb.

Sonra general onu bu addımı atmağa vadar edən səbəbləri sadalayır: “Şəhərlərin və kəndlərin dağıdılması, azadlıq tələbi ilə küçələrə çıxmış silahsız həmvətənlərimizin kütləvi qətli”.

“Əl-Cazira” qeyd edir ki, generalın əks düşərgəyə keçməsi rejimin ağır vaxtlarına təsadüf edib: üsyançılar Dəməşq ətrafında və, ümumilikdə, bütün Suriya ərazisində bir-birinin ardınca hökumət qüvvələrinin hərbi bazalarını nəzarətə götürür.

Suriya təhlükəsizlik xidmətində olan mənbə Abdel Əziz Cassemin müxalifət düşərgəsinə keçməsini təsdiqləyib, lakin bu fakta əhəmiyyət verməməyə çağırıb. Mənbənin sözlərinə görə, general yaşına görə bu yaxınlarda istefaya gedəcəkdi və sonda özünü “qəhrəman” kimi təqdim etməyə qərara alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR