Azərbaycan ərazisində hava şəraiti pisləşəcək, şimal küləyi güclənəcək

Azərbaycan ərazisində hava şəraiti pisləşəcək, şimal küləyi güclənəcək
# 04 dekabr 2012 11:08 (UTC +04:00)

Cənub-qərb küləyi əsəcək, günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 6-10, günün birinci yarısında 15-18, axşam 10 dərəcəyə yaxın isti təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 5-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir, axşam isə bəzi qərb rayonlarından başlayaraq yağıntılı olacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-7, gündüz 10-15, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, günün birinci yarısında 12-17, günün ikinci yarısında 5-8 dərəcə isti olacağı gözlənilir.

Dekabrın 5-i axşam və 6-da gecə və səhər hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, şimal küləyinin arabir güclənəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR