Əfqanıstanda “Taliban”ın 200-dən çox üzvü təslim olub

Əfqanıstanda “Taliban”ın 200-dən çox üzvü təslim olub
# 02 aprel 2017 05:14 (UTC +04:00)

Əfqanıstanın Balx əyalətində “Taliban” hərəkatının 200-dən çox üzvü silahı yerə qoyaraq təslim olub. APa-nın xəbərinə görə, bu barədə “Sinxua” agentliyinə yerli rəsmi qurumlardan bildirilib.

“Silahlı şəxslər, qubernatorun çağırışına əməl edərək, Çimtal bölgəsində sülh və nizamlanma prosesinə qoşulublar”, - deyə mənbə bildirib.

Təslim olanların arasında Xan Məhəmməd və Dava Xan kimi komandirlərin də olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR