Ermənistan baş nazirinin ABŞ-a səfəri bu ölkədə yaşayan ermənilərin etirazı ilə qarşılanıb

Ermənistan baş nazirinin ABŞ-a səfəri bu ölkədə yaşayan ermənilərin etirazı ilə qarşılanıb
# 11 dekabr 2012 10:22 (UTC +04:00)

APA-nın Ermənistan KİV-nə istinadən məlumatına görə, aksiya Ermənistanın baş naziri Tiqran Sarkisyanın bu şəhərdə yerləşən erməni kilsəsinin qərb yeparxiyasının baş qərargahına səfəri zamanı baş tutub.

Aksiya iştirakçıları Ermənistandakı korrupsiyaya, ekologiyaya ziyan vuran mədən işlərinin aparılmasına, ölkədən miqrasiyanın artmasına etiraz ediblər, “Ermənistan mədən deyil”, “Ermənistan satış mənbəyi deyil” kimi şüarlar səsləndiriblər.

Ekologiya fəalların sözlərinə görə, ölkənin sərvətləri oliqarxlar arasında bölüşdürülüb, mədən işləri nəzarətsiz aparılır ki, bu da ekoloji çirklənməyə, meşələrin kəsilməsinə gətirib çıxarır.

Öz növbəsində Tiqran Sarkisyan bildirib ki, hökumət bu narahatlıqları nəzərə alır, fəallarla çoxsaylı görüşlər keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR