Qazaxıstan Sərhəd Xidmətinin direktoru və daha 26 hərbçi təyyarə qəzasında həlak olub

Qazaxıstan Sərhəd Xidmətinin direktoru və daha 26 hərbçi təyyarə qəzasında həlak olub
# 25 dekabr 2012 17:08 (UTC +04:00)

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, təyyarədə 7 ekipaj üzvü və 20 hərbçi olub. Onların hamısı ölüb. Həlak olanlar arasında Qazaxıstan Sərhəd Xidmətinin direktoru, polkovnik Turqanbek Stambekov da var.

Təyyarə Astana-Şımkent marşrutu üzrə reys yerinə yetirərkən qəzaya uğrayıb. Qəzanın səbəbləri hələlik məlum deyil.

Hadisə yerində xilasetmə işləri və araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR