Amerika Yəhudi Komitəsinin icraçı direktoru Deyvid Harrisə Azərbaycanın “Dostluq” ordeni təqdim edilib - FOTO

Amerika Yəhudi Komitəsinin icraçı direktoru Deyvid Harrisə Azərbaycanın “Dostluq” ordeni təqdim edilib   - <span style="color: red;">FOTO
# 12 dekabr 2012 07:20 (UTC +04:00)

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirdə komitə üzvləri və Amerika yəhudi icmasının fəalları ilə yanaşı, Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi Aqşin Mehdiyev və Azərbaycan Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri və ABŞ-dakı keçmiş səfir Yaşar Əliyev, diplomatik korpusun nümayəndələri, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Amerika Yəhudi Komitəsinin böyük miqyaslı konfransı çərçivəsində baş tutan təqdimetmə mərasimində açılış nitqi ilə çıxış edən Komitənin prezidenti Robert Elman Azərbaycanın ABŞ, xüsusilə də İsrail üçün strateji əhəmiyyətindən bəhs edərək, rəhbəri olduğu Komitənin dövlətlərarası əməkdaşlığın inkişafına töhfə verməsindən məmnun olduğunu bildirib. R. Elman D. Harrisin “Dostluq” ordeni ilə təltif olunmasını Komitənin Azərbaycanla əməkdaşlığının ölkə rəhbərliyi tərəfindən ən yüksək formada qiymətləndirilməsinin bariz nümunəsi kimi xarakterizə edib.

Daha sonra söz alan səfir E. Süleymanov Azərbaycan və ABŞ, o cümlədən İsrail dövlətləri arasında mövcud müsbət əlaqələrin tarixən Azərbaycan və yəhudi xalqları arasında formalaşmış dost münasibətlərindən qaynaqlandığını bildirərək, dövlətimizin beynəlxalq arenada tolerantlıq nümunəsi göstərilməsinin fəxredici faktor olduğunu demişdir. “Dostluq” ordeni barədə məlumat verən diplomat D. Harrisin məhz Amerika və Azərbaycan xalqları arasındakı əlaqələrin inkişafındakı xidmətlərinə görə ölkə Prezidenti tərəfindən təltif edilməsinin xüsusi məna daşıdığını bildirib.

D. Harris “Dostluq” ordeni ilə təltif edilməsinə görə Azərbaycan prezidenti cənab İlham Əliyevə təşəkkürünün çatdırılmasını xahiş edərək, icraçı direktor kimi dəfələrlə Azərbaycana etdiyi səfərlər çərçivəsində Prezident İlham Əliyevlə görüşlərindən müsbət təəssüratla ayrıldığını və Azərbaycan kimi dövlətin dostu qismində ordenə layiq görülməsindən məmnunluğunu bildirib. D. Harris Azərbaycanın ABŞ-la münasibətlərində terrorçuluğa qarşı mübarizədə əməkdaşlığının, həssas coğrafi reallıqlar fonunda İsraillə əlaqələrini möhkəmləndirilməsi istiqamətində atdığı addımların, tarixən ölkəmizdə məskunlaşmış yəhudilərə daim xoş münasibət göstərilməsinin xüsusi əhəmiyyət və diqqətə layiq olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR