«Ekonomist» analitik jurnalının Yeni İl buraxılışı çapdan çıxıb - FOTO

«Ekonomist» analitik jurnalının Yeni İl buraxılışı çapdan çıxıb - <span style="color: red;">FOTO
# 21 dekabr 2012 09:57 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, jurnalın bu sayında işıqlandırılan mövzular sırasında ölkənin gələn il üçün büdcəsinin prezident tərəfindən təsdiq edilməsi, Azərbaycana Beynəlxalq Valyuta Fondunun makroiqtisadi və bank sektoru üzrə tövsiyələri, Bakıda korporativ əyləncə gecələrinin təşkili, Yeni İl hədiyyələrinin qiymətləri ilə bağlı araşdırma yer alıb. Bundan əlavə, jurnalın bu sayında «Bank Respublika»nın Xəzinədarlıq Departamentinin direktoru ilə müsahibə, «Muğanbank»ın 20 illiyinə həsr olunmuş məqalə, həmçinin bankların və sığorta şirkətlərinin renkinqləri dərc edilib.


Qeyd edək ki, «Ekonomist» jurnalını həm redaksiya vasitəsilə, həm də «Qasid», «Qaya» və «Azərmətbuatyayım» şirkətlərinin Bakı və Sumqayıt şəhərləri ərazisində fəaliyyət göstərən köşklərində abunə olmaq və almaq mümkündür. Bununla yanaşı, «Ekonomist» və «Metro-Servis» şirkətləri arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, jurnalın buraxılışlarını Bakı Metropoliteninin stansiyalarında da almaq olar.

Jurnal 2010-cu ilin fevral ayından nəşr olunur və artıq jurnalın 33 buraxılışı işıq üzü görüb.


«Ekonomist» jurnalında oxucular Azərbaycanın sosial-iqtisadi həyatının müxtəlif sahələri üzrə icmal və analitik xarakterli məqalə və araşdırma yazıları ilə tanış ola bilərlər. Jurnal ayda bir dəfə, rus dilində, 3 min tirajla, A4 formatında nəşr olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR