Dow Jones indeksi 0,2%, S&P 500 0,5%, Nasdaq 0,7% enib

Dow Jones indeksi 0,2%, S&P 500 0,5%, Nasdaq 0,7% enib
# 27 dekabr 2012 06:50 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Dekabrın 26-da Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 13 115 bəndədək, S&P 500 0,5% - 1 420 bəndədək, Nasdaq 0,7% - 2 990 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların enməsinə Milad Bayramı ərzində pərakəndə ticarət üzrə zəif göstəricilər və bir sıra digər makroiqtisadi göstəricilər təsir edib.

Avropa fond bazarlarında dekabrın 26-da əməliyyatlar aparılmayıb.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% artaraq 1 658,5 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3226 (+0,3%) dollar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR