Bakının Nərimanov rayonunda güclü yanğın olub

Bakının Nərimanov rayonunda güclü yanğın olub
# 16 dekabr 2012 12:37 (UTC +04:00)

Bakı-APA. Bu gün Bakının Nərimanov rayonunda “Dərnəgül Sənaye Tikinti” ASC-yə məxsus anbarda güclü yanğın baş verib.

APA-nın FHN-nin rəsmi saytına istinadən verdiyi xəbərə görə, ümumi sahəsi 2000 kv.m olan anbarın içərisinə yığılmış avtomobil ehtiyat hissələri, kiçik qablarda qablaşdırılmış tez alışan maddələr və müxtəlif növ boyalar 250 kv.m sahədə yanıb.

Anbarın qalan hissəsi və içərisindəki mallar yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR