Bakıda Ukrayna ali təhsil sistemi ilə bağlı təqdimat keçirilib

Bakıda Ukrayna ali təhsil sistemi ilə bağlı təqdimat keçirilib
# 30 noyabr 2012 14:34 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. “Hazırda Ukraynada Azərbaycandan olan 4036 tələbə təhsil alır”. APA-nın xəbərinə görə, bunu Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko Ukraynada ali təhsil sisteminə həsr olunmuş “Xaricdə keyfiyyətli təhsil hər kəs üçün mümkündür” adlı təqdimatda deyib. O bildirib ki, Ukraynada təhsil alan Azərbaycan vətəndaşlarının sayı ildən-ilə artır: “Ölkəmizdə Azərbaycan gənclərinin uğurla təhsil alması üçün hüquqi xarakterli bütün şərtlər təmin edilib”. Səfir diplomların qarşılıqlı tanınması haqqında dövlətlərarası razılaşmalar, Ukraynada yüksək səviyyəli təhsil və Ukrayna əhalisinin azərbaycanlılara dost münasibətinin də Azərbaycan vətəndaşlarının Ukraynanı seçməsində mühüm rol oynadığını söyləyib.

A. Mişşenko Ukrayna gənclərinin Azərbaycan ali məktəblərində təhsil almasının vacibliyini də vurğulayıb: “Biz təhsil sahəsində rəqabət aparmırıq, bir-birimizi tamamlayırıq. Hesab edirəm ki, bu, ölkələrimiz arasında əməkdaşlığın ən fəal inkişaf edən sahələrindən biridir”.

Təqdimatda Ukraynanın Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin, Odessa Milli Politexnik Universitetinin, Donetsk Milli Universitetinin, Xarkov Milli Universitetinin Beynəlxalq Əməkdaşlıq Mərkəzinin nümayəndələri iştirak edib. Onlar azərbaycanlı gənclərin Ukrayna ali məktəblərində təhsil almaq imkanları haqda sualları cavablandırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR