Lənkəranda iki avtomobilin toqquşması nəticəsində bir nəfər ağır xəsarət alıb

Lənkəranda iki avtomobilin toqquşması nəticəsində bir nəfər ağır xəsarət alıb
# 25 dekabr 2012 15:47 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Bu gün günorta saatlarında Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, şəhərin Mirkorayon ərazisində Lənkəran sakini Arzuman Məmmədovun idarə etdiyi “Fiat” markalı, 90 JT 266 dövlət nömrə nişanlı avtomobil onun həmyerlisi, 1987-ci il təvəllüdlü Rəvan Məmmədzadənin idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub. Güclü zərbənin təsirindən hər iki avtomobil yararsız vəziyyətə düşüb, həmçinin “VAZ-2107”-nin sürücüsü sol bud sümüyünün sınığı diaqnozu ilə Lənkəran Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. İlkin versiya kimi qəzanın “VAZ-2107” markalı avtomobilin sürücüsünün yol hərəkəti qaydalarına riayət etməməsi ucbatından baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR