Baş Prokurorluq Elşad Abdullayevin ikinci evində axtarış aparılması barədə məlumatları təkzib edib

Baş Prokurorluq Elşad Abdullayevin ikinci evində axtarış aparılması barədə məlumatları təkzib edib
# 08 noyabr 2012 12:40 (UTC +04:00)
Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, “Yeni Müsavat” qəzetinin internet səhifəsində “mötəbər” mənbəyə istinadən fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin Bakıdakı evində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən axtarış aparılması və oradan 400-ə qədər videokaset, eləcə də başqa materialların götürülməsi barədə məlumatlar yayılıb.

“Həmin informasiyalar həqiqəti əks etdirmədiyindən Baş Prokurorluq tərəfindən təkzib olunur”, - deyə E. Sultanov qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR