Türkiyənin Malatya vilayətində erməni qəbiristanlığındakı iki bina bərpa olunacaq

Türkiyənin Malatya vilayətində erməni qəbiristanlığındakı iki bina bərpa olunacaq
# 18 dekabr 2012 12:28 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. Türkiyənin Malatya vilayətinin rəhbərliyi erməni qəbiristanlığında iki binanın bərpa işlərinə start verilməsi barədə qərar qəbul edib.

APA-nın “Armenianow” saytına istinadən verdiyi məlumata görə, bir müddət əvvəl o ərazidə həyata keçirilən işlər zamanı qəbiristanlıqda yerləşən mühafizə binasını və kiçik kilsəni zədələnib ki, bu da yerli erməni icmasının qəzəbinə gətirib çıxarıb.

Yerli rəhbərlik bildirib ki, bərpa işlərindən sonra tikililər işıq, qaz və su ilə təchiz olunacaq, ətrafdakı ərazi isə abadlaşdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR