“Dəmirbank” aktivlərini 8% artırıb

“Dəmirbank” aktivlərini 8% artırıb
# 02 sentyabr 2014 08:32 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2014-cü ilin II rübündə “Dəmirbank”ın aktivlərinin həcmi 412,884 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 7,8% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 13,1% artaraq 319,483 mln. manat olub. O cümlədən, istehlak kreditlərinin həcmi 172,894 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin iyul ayının 1-nə olan göstəriciyə nisbətən 33,5% çoxdur.

Bankın ipoteka kreditlərinin həcmi iyulun 1-nə 49,030 mln. manat olub ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 33,7% çoxdur və kreditlərin 34,961 mln. (71,3%) manatı ipoteka fondunun xətti ilə verilən kreditlərin payına düşür. Bununla yanaşı, bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 33% azalaraq 15,134 mln. manat olub.

Bankın depozit portfeli 2014-cü ilin yanvar-iyun ayları ərzində 11% artaraq 194,065 mln. manata çatıb. Hesabat dövründə əhalinin əmanətlərinin həcmi isə 165,496 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 8,84% çoxdur.

Bir il ərzində bankın məcmu kapitalı 9,7% artaraq 62,800 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 21 mln. manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 54,1% artaraq 44,593 mln. manat, xərcləri isə 54% artaraq 41,324 mln. manat təşkil edib.

Bu ilin altı ayı ərzində bankın əldə etdiyi mənfəət 3 mln. 269,02 min manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 33 filialı, 58 bankomatı, 1 103 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR