Dublində GUAM Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib - YENİLƏNİB

Dublində GUAM Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib - <span style="color: red;">YENİLƏNİB
# 07 dekabr 2012 11:30 (UTC +04:00)

APA-nın Dublinə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun sədrliyi ilə keçirilən iclasda Gürcüstanın xarici işlər naziri Maya Pancikidze, Ukraynanın xarici işlər naziri Konstantin Qrişşenko, Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Yurie Lyanke, GUAM-ın baş katibi Valeri Çeçelaşvili iştirak ediblər.

İclasda qarışılıqlı siyasi fəaliyyət, sahələrarası əməkdaşlıq, tərəfdaş ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələləri müzakirə olunub.

GUAM XİN Şurası BMT Baş Assambleyasının gündəliyinə daxil edilmiş “GUAM məkanında həlli uzadılmış münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün nəticələri” qətnamə layihəsinin mətnini qurumun əsas tərəfdaşlarının nümayəndə heyətləri ilə müzakirə etmək məqsədilə razılaşdırıb. Bundan başqa iclasda “BMT və GUAM arasında əməkdaşlıq” qətnamə layihəsinin irəli sürülməsinin gedişi müzakirə olunub.

XİN Şurası GUAM Parlament Assambleyası sədrinin qurumun növbəti iclasının dekabrın 19-20-də Bakıda keçirilməsi qərarını alqışlayıb.

İclasda 2013-2014-cü illərdə GUAM-ın sahələrə üzrə işçi qruplarının koordinator ölkələri haqqında qərar təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR