Yığmamızın üzvü əməliyyat olunub

Yığmamızın üzvü əməliyyat olunub
# 13 noyabr 2012 09:51 (UTC +04:00)

Bakı – APA. Azərbaycan millisinin ağır atleti İvan Stoitsov (85 kq) müəyyən müddət komandamıza kömək edə bilməyəcək. Apasport.az saytının məlumatına görə, milliləşdirilmiş legioner ayağından əməliyyat olunub.

Bu səbəbdən də onun 8 ay podiumdan kənar qalacağı dəqiqləşib. Bundan sonra hazırlığa başlayacaq Stoitsov məşqçilər heyətinin ümidlərini doğruldacağı halda, əsas komandadakı yerini təmin edəcək.

Qeyd edək ki, İvanın adı London Olimpiadasına yollanacaq yığmamızın heyətinə salınsa da, həmin vaxt da Sərdar Həsənovla (69 kq) əvəzlənmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR