Bakıda mənzildə meyit aşkarlanıb

Bakıda mənzildə meyit aşkarlanıb
# 05 oktyabr 2017 12:23 (UTC +04:00)

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Binəqədi rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən məlumata görə, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri müvafiq xilasetmə işlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib.

1970-ci il təvəllüdlü Bağırov Elçin Vəli oğlunun cəsədi xilasedicilər tərəfindən mənzildə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR