Bank Of Baku

Pakistan səfirliyində bayraqqaldırma mərasimi keçirilib

Pakistan səfirliyində bayraqqaldırma mərasimi keçirilib
# 23 mart 2018 08:23 (UTC +04:00)

Pakistan İslam Respublikasının Milli Günü münasibətilə Pakistanın Azərbaycandakı səfirliyində bayraqqaldırma mərasimi keçirilib.

 

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Pakistan səfiri Səid Xan Mohmand Pakistanın qurulmasının tarixçəsindən, eləcə də Pakistan-Azərbaycan əlaqələrindən söz açıb.

 

Səfir  bildirib ki, Azərbaycan və Pakistan arasında sadəcə müdafiə sahəsində deyil, digər sahələrdə də bir çox razılaşmalar mövcuddur: “Son 2-3 il ərzində əlaqələrimiz addım-addım inkişaf edir. İki ölkə  arasında ticarət və turizm sahəsində ikitərəfli münasibətlər, eləcə də ölkə liderləri səviyyəsində əlaqələr çox yaxşıdır. 2016-cı illə müqayisədə Pakistandan  Azərbaycana  gələn turistlərin sayı 300 nəfər artıb. Ümid edirəm ki,  bu il iki ölkə arasında birbaşa uçuşlar təmin ediləcək və bu da ölkələrimizi daha da yaxınlaşdıracaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR