Neft yenidən ucuzlaşıb

Neft yenidən ucuzlaşıb
# 14 dekabr 2012 06:29 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Dekabrın 13-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair yanvar müqaviləsinin dəyəri 0,88 dollar və ya 1,0% azalaraq 1 barelə görə 85,89 dollar təşkil edib.

«APA-ECONOMICS»in məlumatına görə, dekabrın 13-də ICE London qitələrarası birjasında yanvarda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,59 dollar və ya 1,5% azalaraq 107,91 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR