“Sağlam ailə gələcəyin təminatıdır” adlı konfrans keçirilib - FOTOSESSİYA

“Sağlam ailə gələcəyin təminatıdır” adlı konfrans keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 25 dekabr 2012 10:20 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və Səbail rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Sağlam ailə gələcəyin təminatıdır” adlı konfrans keçirilib. APA-nın xəbərinə görə, tədbirdə çıxış edən AQUPDK-nin sədri Hicran Hüseynova bildirib ki, gənc nəsil arasında ailə dəyərlərinin qorunub saxlanılması, onlara sağlam həyat tərzinin aşılanması istiqamətində genişmiqyaslı maarifləndirmə işlərinin davam etdirilməsi məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Sağlam ailə sağlam gələcəyin təminatıdır” adlı layihəyə start verilib. Onun sözlərinə görə, Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi və rayon İcra Hakimiyyətlərinin dəstəyi ilə keçirilən tədbirlər Bakı şəhərinin bütün rayonlarını əhatə edib: “Belə ki, aksiya çərçivəsində Bakının 11 rayonunda tədbirlər həyata keçirilib. 2000 gəncin iştirak etdiyi bu tədbirlər maarifləndirmə ilə yanaşı sosial problemləri olan ailələrə yardım göstərilib. Hər bir cəmiyyətin təməlində ailə dəyərləri möhkəm, dayanıqlı və güclü olmalıdır”.

Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, bu kimi tədbirlərin keçirilməsi gənc nəslin ailə qurmasında və bu ailənin təməlinin möhkəm olmasında mühüm rol oynayır: “Azərbaycanda ailə dəyərlərinə xüsusi qiymət verilir. Bu gün dövlət başçısının da azərbaycanlı ailəsinin tam şəkildə qorunub saxlanması üçün atdığı addımlar da buna bariz nümunədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR