Azərbaycanın fövqəladə hallar naziri zəlzələ bölgəsində bir neçə orta məktəb binasının açılışında iştirak edib

Azərbaycanın fövqəladə hallar naziri zəlzələ bölgəsində bir neçə orta məktəb binasının açılışında iştirak edib
# 15 noyabr 2012 15:27 (UTC +04:00)

APA-nın yerli bürosunun məlumatına görə, səfərə Balakən rayonundan başlayan K.Heydərov rayonun Qabaqçöl qəsəbəsində sakinlərlə görüşüb, problemləri ilə maraqlanıb, qəzalı evlərə baxış keçirib. Nazir Püstə Tala kəndində zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş və sökülərək yenidən tikilmiş orta məktəb binasının və iki yaşayış evinin açılış mərasiminə qatılıb.

Daha sonra K.Heydərov Zaqatala rayonunun Mamrux və Faldarlı kənd orta məktəblərinin açılışında iştirak edib. Açılış mərasimlərindən sonra nazir Faldarlı kənd orta məktəbinin binasında Zaqatala, Balakən və Qax rayonlarının icra başçıları, hüquq-mühafizə orqanlarının rəhbərləri və bölgədə tikinti işlərini həyata keçirən şirkətlərin nümayəndələrinin iştirakı ilə müşavirə keçirib. Müşavirədə zəlzələ bölgəsində indiyədək görülmüş işlərə qiymət verilib, bundan sonra görüləcək işlərlə bağlı müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, bu il mayın 7-də Zaqatalada iki güclü zəlzələ baş verib. Nəticədə 3 mindən çox tikili uçub və qəzalı vəziyyətə düşüb. Zəlzələnin törətdiyi fəsadları aradan qaldırmaqdan ötrü dövlət büdcəsindən vəsait ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR