Türkiyə səhiyyə nazirinin müavini Azərbaycana gəlir

 Türkiyə səhiyyə nazirinin müavini Azərbaycana gəlir
# 26 noyabr 2012 15:53 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Türkiyənin səhiyyə nazirinin müavini Nihat Tosun Azərbaycana səfər edəcək. APA-nın xəbərinə görə, sabahdan başlayacaq səfər çərçivəsində qonaq Azərbaycanın bir neçə səhiyyə mərkəzində olacaq, Səhiyyə Nazirliyinin təmsilçiləri ilə fikir mübadiləsi aparacaq.

Səfər çərçivəsində qonaq mətbuat konfransı keçirəcək. Tədbirdə Azərbaycanın səhiyyə nazirinin müavini Elsevər Ağayev də iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR