Tomas Melia: “ABŞ Dağlıq Qarabağdan məcburi köçkün düşmüş azərbaycanlıların hüquqları sarıdan narahatdır” - FOTO

Tomas Melia: “ABŞ Dağlıq Qarabağdan məcburi köçkün düşmüş azərbaycanlıların hüquqları sarıdan narahatdır”   - <span style="color: red;">FOTO
# 11 dekabr 2012 16:38 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Bakıda səfərdə olan ABŞ dövlət katibinin köməkçisinin demokratiya, insan haqları və əmək məsələləri üzrə müavini Tomas Melia jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, ABŞ Azərbaycanda məcburi köçkünlərə humanitar yardım edir və ATƏT-in Minsk Qrupunun həmsədri kimi münaqişənin həllini dəstəkləyir: “ABŞ münaqişənin tənzimlənməsi üçün xeyli diplomatik enerji xərcləyir. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri digər iki ölkədən olan həmsədrlərlə birlikdə münaqişənin həll yollarını tapmağa çalışır”.

Səfərinin 10 dekabr – Beynəlxalq İnsan Haqları günü ilə üst-üstə düşdüyünə diqqət çəkən T.Melia xatırladıb ki, Azərbaycan qadınlara səsvermə hüququ verən ilk ölkələrdən biridir. O, səfər çərçivəsində Azərbaycan prezidenti, xarici işlər naziri, vətəndaş cəmiyyətinin və QHT-lərin nümayəndələri, gənc fəallarla görüşdüyünü, görüşlərdə ölkənin siyasi sisteminin möhkəmlənməsi, insan hüquqlarının və vətəndaş azadlıqlarının təmin olunması, eləcə də 2013-cü ildə keçiriləcək prezident seçkiləri kimi məsələlərin müzakirə olunduğunu söyləyib.

Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı jurnalistlərin suallarını cavablandıran T.Melia deyib ki, bu məsələ ilə bağlı ABŞ-ın mövqeyi Dövlət Departamentinin hər il açıqlanan hesabatında əksini tapır: “Biz hesab edirik ki, Azərbaycan bu istiqamətdə daha çox çalışmalıdır. ABŞ mitinqlərdə iştiraka görə cəzaların sərtləşdirilməsindən və bəzi jurnalistlərə təzyiqlərdən narahatdır. Gələn il Azərbaycanda seçkilər keçiriləcək və hökumət vətəndaşların hüquqlarını təmin etməlidir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR