«Moody's» agentliyi Azərbaycan Beynəlxalq Bankının yeni reytinqlərini müəyyənləşdirib

«Moody
# 30 noyabr 2012 10:01 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. «Moody's Investors Service» beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının (ABB) yerli valyutada olan uzunmüddətli depozit reytinqini «Ba1» səviyyəsindən «Ba3»dək, xarici valyutada olan uzunmüddətli depozit reytinqini «Ba2»dən «Ba3»dək, xarici valyutada olan uzunmüddətli borcalma reytinqini «Ba1»dən «Ba3»dək, yerli valyutada olan uzunmüddətli borcalma reytinqini «Ba2»dən «B1»dək endirib. Bütün reytinqlər üzrə proqnoz «neqativ»dir. Agentlikdən «APA-Economics»ə verilən məlumata görə, reytinqlərin endirilməsinə əsasən Bankın sistem üzrə əhəmiyyətinin «çox yüksək»dən «yüksək»ə azalması amili təsir edib.

Bundan başqa, ölkə hökuməti tərəfindən Bankın kapitallaşmasının gecikdirilməsi də mənfi amil kimi qiymətləndirilir. Eyni zamanda bildirilir ki, Maliyyə Nazirliyi hesabına (50 mln. manat) və Mərkəzi Bankdan alınmış subordinasiya krediti hesabına (150 mln. manat) kapitalın son artımı I və II dərəcəli kapitalların yetərliliyi əmsallarını iyunun sonuna ilin sonu ilə müqayisədə müvafiq olaraq 4,95%-dən 6,03%-dək və 7,6%-dən 10,78%-dək yüksəldib. Bildirilir ki, sentyabrın sonuna kapitalın yetərliliyi 10,06% olub, halbuki bu göstəricinin norması 12% təşkil edir.

Eyni zamanda vurğulanır ki, bu ilin ilk yarısı nəticəsində ABB-nin xalis mənfəəti 23 mln. manat təşkil edib, bu isə illik müqayisədə 3,7 dəfə çoxdur. Nəticədə, aktivlərin gəlirliyi əmsalı (ROA) 0,4%-dən 0,9%-dək yüksəlib.

Agentliyin məlumatında deyilir ki, Bankın aktivlərinin keyfiyyətinin pisləşməsi, bank risklərinin artması, likvidliyin və kapitalın azalması kimi proseslər reytinqlərin daha da azaldılmasına səbəb ola bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR