Görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevlə bağlı yeni materiallar aşkar olunub

Görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevlə bağlı yeni materiallar aşkar olunub
# 17 dekabr 2012 14:30 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları tərəfindən məşhur azərbaycanlı milyonçu, mesenat, Rusiya İmperiyasının Həqiqi dövlət müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin (Tağıyevin qızlar məktəbi) yaradıcısı Hacı Zeynalabdin Tağıyevə məxsus bir neçə orden və medal aşkarlanıb. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, təltif nişanları muzeyin Faleristika və Bonistika Fondunun müdiri Sənubər Qasımova tərəfindən aşkarlanaraq tədqiq edilib və ev-muzeyinin ekspozisiyasına “H.Z.Tağıyevin təltif nişanları” adlı yeni vitrin əlavə olunub.

Vitrində H.Z.Tağıyevin müxtəlif illərdə təltif olunduğu İranın “Şir-i xurşid” ordeninin 1-ci dərəcəsinin ulduz və nişanı (lentlə), Buxara əmirliyinin “Şərəfli Buxara ulduzu” ordeni, həmçinin Rusiya imperatorluğunun “III Aleksandrın tacqoyma mərasiminə həsr olunan medal”, “İmperator III Aleksandrın dövründə xidmətlərə görə”, “Səylərə görə” medalları nümayiş etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR