Zaqatalanın ucqar dağ kəndində yeni məktəb binası istifadəyə verilib

Zaqatalanın ucqar dağ kəndində yeni məktəb binası istifadəyə verilib
# 22 dekabr 2012 08:08 (UTC +04:00)

Bakı. Vüqar Heydərov-APA. Zaqatalanın ən ucqar dağ kəndlərindən olan Sabunçu kəndində yeni məktəb binası istifadəyə verilib. Bu barədə APA-ya Rayon Təhsil Şöbəsindən məlumat verilib.

Məlumata görə, dövlət vəsaiti hesabına inşa edilən məktəb binası 80 şagird yerlikdir. Yeni məktəb binası kompüter və texniki vasitələrlə, yeni avadanlıqla təchiz edilib. Bu il rayonda Sabunçu məktəbi də daxil olmaqla, dövlət vəsaiti hesabına 4 yeni məktəb inşa olunaraq məktəblilərin ixtiyarına verilib.

Qeyd edək ki, Sabunçu kəndi dəniz səviyyəsindən 1200 metr yüksəklikdə yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR