Göyçayda ev yanıb

Göyçayda ev yanıb
# 05 dekabr 2012 07:14 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayonunda yaşayış evində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyi Dövlət yanğından Mühafizə Xidmətinin Göyçay rayon Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə saat 22:30 radələrində rayonun Kürdşaban kəndində qeydə alınıb.

Məmməd Məmmədova məxsus ümumi sahəsi 100 kvadratmetr olan 3 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Hadisə zamanı evin 1 otağı yansa da, qalan iki otağı alovdan mühafizə edilib.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR