Gələn il Azərbaycanın «Ümid» qaz yatağında ikinci quyu istifadəyə veriləcək

Gələn il Azərbaycanın «Ümid» qaz yatağında ikinci quyu istifadəyə veriləcək
# 26 noyabr 2012 14:44 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

Onun sözlərinə görə, hazırda «Ümid» yatağında bir quyu qazılıb ki, hasilat məhz bu quyuda aparılır: «Hazırda «Ümid» yatağında ikinci quyu qazılır ki, artıq onun 2 500 metri qazılıb. Bu quyunun ümumi dərinliyi təxminən 6 700 metr təşkil edəcək ki, qazıntı işləri gələn il ərzində başa çatdırılacaq».

X.Yusifzadə onu da qeyd edib ki, «Ümid» yatağının ümumi karbohidrogen ehtiyatları 200 mlrd. kubmetr qaz və 40 mln. ton kondensat təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR