Azərbaycanda SSRİ-dən qalan bank əmanətlərinə görə kompensasiyaların alınması üçün ərizələrin qəbulu dekabrın 31-dək aparılacaq

Azərbaycanda SSRİ-dən qalan bank əmanətlərinə görə kompensasiyaların alınması üçün ərizələrin qəbulu dekabrın 31-dək aparılacaq
# 13 dekabr 2012 13:14 (UTC +04:00)

«APA-Economics»in xəbər verdiyi kimi, bununla bağlı Maliyyə Nazirliyi bir daha tövsiyə edir ki, əmanətçilər qeyd olunan müddət ərzində «Kapital Bank»ın şöbə və məntəqələrinə müvafiq ərzə və sənədlərini təqdim etsinlər.

Ərizələrin qəbulu istirahət günləri olan dekabrın 29, 30 və 31-də də həyata keçiriləcək. Həmin müddətdən sonra müraciətlər qəbul edilməyəcək və onlara baxılmayacaq. Qəbul olunmuş ərizələr üzrə fərdi birdəfəlik ödəmələr 2013-cü il də həyata keçiriləcək.

Qeyd edək ki, iyunun 1-dən başlanan birdəfəlik ödəmələrin verilməsi prosesi nəticəsində dekabrın 1-dək əmanətçilərə ümumilikdə 480,446 mln. manatdan çox vəsait ödənilib. İyun-noyabr müddətində «Kapital Bank»a fərdi birdəfəlik ödəmələrin verilməsi üçün əmanətçilərdən 1 328 943 müraciət daxil olub. Bu müddətdə Əmanətçilərə Birdəfəlik Ödəmələrin Verilməsi Mərkəzində 1 220 253 əmanətçiyə vəsait ödənilib.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR