Tiflisdəki “Atəşgah” məbədi milli mədəni irs abidəsi statusu alıb

Tiflisdəki “Atəşgah” məbədi milli mədəni irs abidəsi statusu alıb
# 21 fevral 2017 14:05 (UTC +04:00)

Tiflisin mərkəzində yerləşən “Atəşgah” məbədi dövlət əhəmiyyətli milli mədəni irs abidəsi statusuna layiq görülüb.

APA-nın “newsgeorgia.ge” saytına istinadən verdiyi məlumata görə, Gürcüstan paytaxtının ən qədim dini tikililərdən olan bu məbəd şəhərin tarixi hissəsində yerləşir.

Atəşpərəstlərin Tiflisdəki yeganə məbədi Gürcüstan paytaxtının bütün arxiv qrafik təsvirlərində əks olunub.
1986-cı ildə məbəd milli mədəni irs abidəsi kateqoriyasına daxil edilsə də, 2007-ci ildə bu status ondan qismən alınıb və nəticədə “Atəşgah” yalnız mədəni irs məbədi hesab edilib. 2009-cu ildə məbəddə geniş bərpa işləri aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR