Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonunda kömür elektrik stansiyası inşa olunacaq.
APA-nın yerli bürosunun məlumatına əsasən, bunu Tbilisidə “İpək yolu” forumunda Gürcüstan Sənaye Qrupunun baş direktoru Zurab Qelenidze deyib.
O bildirib ki, stansiyanın inşası genişmiqyaslı layihədir: “Stansiya müasir ekoloji standartlara uyğun tikiləcək və onun gücü 300 meqavat təşkil edəcək”.
Layihənin dəyəri 250 mln. dollardır.