Nazir: “Bu il Azərbaycana gələn turistlərin sayı ötən illə müqayisədə artıb”

Nazir: “Bu il Azərbaycana gələn turistlərin sayı ötən illə müqayisədə artıb”
# 27 dekabr 2012 09:04 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbüfəs Qarayev deyib. Nazir bildirib ki, hər il ölkədə 50-yə yaxın yeni yerləşdirmə obyektləri istifadəyə verilir: “Ümumiyyətlə, bu sahədə problem yoxdur. Artıq lisenziya əldə etmək istəyən şirkət və hotellər bunu internet vasitəsilə saytımıza daxil olaraq, tələb olunan sənədləri təqdim etməklə həyata keçirə bilər. Bu prosedura yüksək qiymətləndirilir”.

Ə.Qarayev Yeni il bayramı ilə əlaqədar hotellərdə xidmətlərin qiymətinin bahalaşmasına da münasibət bildirib: “Bu qiymətləri bazar tənzimləyir. Yeni hotellərin ulduz kateqoriyalarının müəyyənləşdirilməsi bu qiymətlərin daha sivil şəkildə tənzimlənməsinə imkan verəcək. Biz bu istiqamətdə işlər aparırıq. Artıq ötən iki il müddətində Azərbaycan hotellərində qiymətlər 15-20 faiz enib. Biz də qanunvericiliyə uyğun olaraq qiymətlərin tənzimlənməsi istiqamətində müəyyən işlər görürük”.

Nazir onu da əlavə edib ki, bu il Azərbaycana gələn turistlərin sayı ötən illə müqayisədə 7-10 faiz artıb. Nazirin sözlərinə görə, ölkəyə gələn turistlərin yekun sayı barədə məlumatlar gələn ilin fevralın 3-dək dəqiqləşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR