«Unibank» nizamnamə kapitalını artırır

«Unibank» nizamnamə kapitalını artırır
# 11 dekabr 2012 11:15 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi «Unibank» ASC-nin imtiyazlı adlı sənədsiz səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 2,72 manat, sayı 1 838 250 ədəd, emissiyanın ümumi həcmi isə 5 000 040 manat təşkil edir. Yerləşdirmə BFB vasitəsi ilə keçiriləcək və başa çatdıqdan sonra bankın nizamnamə kapitalı 8,8% artaraq 61,565 mln. manata çatacaq. Səhmlərin yerləşdirilməsində anderrayter rolunda «UniCapital» çıxış edəcək.

Qeyd edək ki, «Unibank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Hazırda bankın nizamnamə kapitalı 56,565 mln. manat təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR